Amerikalılar koronavirusun əlindən Kanadaya axışır

  • Space TV
  • 23 İyul 2020 12:37

Getdikcə daha çox amerikalı qonşu Kanadaya köçərək, orada koronavirus pandemiyasının keçməsini gözləməyi düşünür.

Rg.ru xəbər verir ki, ABŞ-da vətəndaşların mütəxəssislərə miqrasiya ilə bağlı müraciətlərinin sayı ölkədə COVID-19-un kütləvi yayılmasından sonra ciddi şəkildə artıb.

İlk növbədə, Kanadaya köçmək istəyənlər həyat yoldaşı, nişanlısı orada yaşayan, yaxud valideynləri vasitəsilə Kanada vətəndaşlığı hüququ olan amerikalılar olub.

Kanadadan əldə edilən məlumatlara görə, bu ilin aprel-iyul ayları arasında ölkəyə yeni status üçün gedən amerikalıların sayı 60 faiz artıb.

Kanadanın pandemiya səbəbindən ABŞ-la sərhədi bağlı saxlamasına baxmayaraq, aprel ayında bu cür səyahət edənlərin sayı 108 min nəfər idisə, iyul ayında artıq 172 minə çatıb.

Paylaş

 Xəbəriniz olsun