Amerikalı bir saniyəlik milyonçu oldu – 37 milyondan ancaq şəkil qaldı

  • SpaceTV
  • 14 Dekabr 2019 10:24

Dallas sakini bir saniyə ərzində milyonçu olub. Belə ki, onun bank hesabına gözlənilmədən 37 milyon dollar köçürülüb. Lakin sonra məlum olub ki, bu, sadəcə bank işçisinin səhvi idi.

“Upi News” bildirir ki, Raş Ballun bank qalığını öyrəndikdə şok olub. Rəqəmləri gördükdə, qadının əri dərhal banka zəng edib.

Bankdan bildirilib ki, müştəri xarici valyutada depozit yatırıb.

“Mübadilə məzənnələri dəyişdiyi üçün xarici valyuta ilə aparılan bütün əməliyyatlar sistemə əllə daxil edilir. Bu proses aparılan zaman əməkdaş səhvən hesab nömrəsini məbləğ göstərilən damaya yazıb”, – bankdan bildirilib.

“Mən milyonçu idim. Hesabımın şəkli var, buna görə də bu barədə danışa bilərəm”, – deyə Ballun bildirib.

Paylaş

 Xəbəriniz olsun