Amerikada 93 yaşlı nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

  • Space TV
  • 19 Fevral 2021 10:06

ABŞ-ın Florida ştatında yaşayan 93 yaşlı Beverli Şottenstin iki nəvəsini məhkəməyə verərək 19 milyon dollar məbləğində təzminat alıb.

“Bloomberg” xəbər verir ki, nənə nəvələrini onun pensiya kapitalından düzgün istifadə etməməkdə günahlandırıb.

Məhkəmə əlavə gəlir qazanmaq məqsədilə “JPMorgan Chase” bankında çalışan Evan və Avi Şottenstinlərin nənələrinin icazəsi olmadan onun vəsaiti ilə müxtəlif maliyyə əməliyyatları həyata keçirmələrini təsdiqləyib. Yaşlı xanımın vəkilləri məhkəmədən 69 milyon dollar təzminat tələb etsələr də, hakim bu məbləği 19 milyon dollaradək azaldıb.

Paylaş

 Xəbəriniz olsun