AMB sədri: “Qiymətli metalların sığortalanması diqqətimizdə olacaq”

  • Space TV
  • 9 Dekabr 2020 12:42

“Əmanətlərin tam sığortalanması sistemindən dərhal çıxmaq olmaz. Həm əhalinin, həm də bank sektorunun buna hazırlıqlı olmadan çıxmaq sərt enişə səbəb olardı”.

Spacetv.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, qanunun qüvvəyə minməsinin bir qədər gec olması əhalinin buna tam hazırlıqlı olması üçündür:

“Dünyada başlıca trendlərdən biri fiziki şəxslərin əmanətlərinin sığortalanmasından ibarətdir. Böyük 20-liyə daxil olan ölkələrdə kiçik və orta sahibkarlıqla məşğul olan insanların banklarda olan əmanətlərinin 90-95 faizi sığortalanıb. Biz də bu istiqamətdə addımlar atacağıq. Bu istiqamətdə ciddi işlər gedir.

Bankların bağlanması prosesində çalışdıq ki, kiçik, ancaq sağlam müəssisələr öz vəsaitini ala bilsin. Bu, onlara kölgə iqtisadiyyatından çıxmaq üçün çox yaxşı stimul olardı. Gələcəkdə əsas hədəflərimizdən biri kapital bazarlarında kiçik investorların iştirakını və könüllü sığorta polislərinin də sığortalanması sistemini yaratmaqdır. Bəzi ölkələrdə qiymətli metallar da sığortalanır. Bu da bizim diqqətimizdə olacaq”.

Paylaş

 Xəbəriniz olsun