Amazon meşələri yanır

  • SpaceTV
  • 23 Avqust 2019 14:27

Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və “Böyük yeddilik” ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb. Prezident bildirib ki, evimiz və agcıyərlərimiz yanır.

Emmanuel Makron bu barədə öz “Twitter” mikrobloqunda yazıb. O bildirib ki, “Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya – planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk”, – deyə o bildirib. Amazoniya meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir. Hazırda Amazon meşələrində tüğyan edən yanğınlar son 10 il ərzində ən güclüsü hesab olunur. Yanğın nəticəsində Braziliyanın şimalında yerləşən Rorayma, Akko, Rondoniya və Amazonas, həmçinin Matu-Qrosu-du-Sul ştatları xüsusilə çox zərər çəkib. Bu il bir çox yanğınlar olub. Braziliya Kosmik Agentliyinin məlumatına görə, 2019-cu ildə Amazon tropik meşələrində rekord sayda yanğın qeydə alınıb. Milli Kosmik Araşdırmalar İnstitutu  deyir ki, onun peyk məlumatları 2018-ci il ilə müqayisədə yanğınların 85 faiz artdığını göstərir.

Paylaş

 Xəbəriniz olsun