AMADA YAŞAT Fonduna pul köçürdü

  • Space TV
  • 15 Dekabr 2020 17:22

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.

Spacetv.az-ın məlumatına görə, AMADA-nın bütün əməkdaşları öz əmək haqlarından ümumilikdə 15 500 manat vəsaiti könüllü olaraq YAŞAT Fonduna köçürüb.

AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına baş sağlığı verir.

Paylaş

 Xəbəriniz olsun