Alnına döyüş yazılanlar

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:15

Ermənistan rəsmilərinin  dilindən səslənən populist sərsəmləmələr ölkəmizdə heç də birmənalı qarşılanmır. Doğrudur baş nazir Nikol  Paşinyanın   reallaşdırılması   heç vaxt mümkün olmayan bir nəsnəni   dilə gətirməsinin  daxili  auditoriyaya  hesablanmış bir addım   olduğunu hər kəs  anlayır. Və bilir ki bununla  nufuzunu itirmiş erməni baş nazir xal qazanmaq istəyir. Amma Azərbaycan cəmiyytinin də öz istəyi var.  Ölkənin müdafiə  naziri Zakir Həsənov   bu  istəyi açıq  və qəti şəkildə bəyan etdi. Azərbaycan  ordusunun hər an döyüşə  başlamaq  imkanının olduğunu gizlətmədi. Bu açıqlama   keçmiş döyüşçülərində ürəyində  oldu . Veteran  hərbçilər  ön cəbhəyə getməyə  hazır olduqlarını söylədilər.

Veteranların bu istəklərində haqlı olduqlarını  ziyalılar, millət vəkilləri    də təsdiqləyirlər.

Azərbaycan ordusu 20 – 25 il bundan əvvəlki zəif və dağınıq  ordu deyil . Nizamlı ,  hazılıqlı , ən müasir silahlarla təhciz edilmmiş mütəşəkkil bir ordudu. Döyüş hazırlıqlı,  mükəmməl,  əhvalları da yüksək. Qalır bircə ali baş komandanın əmri. O isə  hər  an ola bilər.

Paylaş

 Xəbəriniz olsun