Almeydanın yeni klubu məlum oldu

  • SpaceTV
  • 22 Yanvar 2020 11:05

“Qarabağ” komandasından ayrılan Riçard Almeydanın yeni klubu məlum olub.

SPACE TV  xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.

Paylaş

 Xəbəriniz olsun