Almazbek Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb

  • SpaceTV
  • 9 Avqust 2019 11:53

SPACE.TV– məlumat verir ki, Qırğızıstan polisi paytaxt Bişkekdə iğtişaşlar zamanı, sabiq Prezident Almazbek Atambayevin 40-a yaxın tərəfdarını saxlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

1500-ə yaxın şəxsin iştirak etdiyi ixtişaş zamanı, etirazçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularına od vurub, nəzarət kameralarını sındırıblar. 

Məlumata görə, A. Atambayevin sabiq aparat rəhbəri Fərid Niyazov da həbs edilib. O, sabiq dövlət başçısının saxlanılması ilə bağlı keçirilən əməliyyatda xüsusi təyinatlıları girov götürməkdə ittiham edilir. 

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Paylaş

 Xəbəriniz olsun