Almaniyalı siyasətçi sevdiyi qadınla vaxt keçirmək üçün qəsdən koronavirusa yoluxdu

  • SpaceTV
  • 2 Aprel 2020 10:55

Berlinin mərkəzi Mitte rayonunun bələdiyyə rəhbəri Ştefan fon Dassel koronavirusa yoluxan sevdiyi qadını tək buraxmamaq üçün özünü bilərəkdən təhlükəyə atdığını etiraf edib.

“DW” xəbər verir ki, bir neçə həftə əvvəl İsveçrədən qayıdan qadın özünü pis hiss edib. Bir müddət sonra onun koronavirusa yoluxduğu təsdiqini tapıb.

“Mən sevdiyim qadını tək buraxmalı, ya da yoluxmalı idim. Buna görə də ikincisini seçdim”, – deyə Ş.fon Dassel qeyd edib.

Qadının yanında qalan siyasətçi üç gündən sonra koronavirusa yoluxub.

Paylaş

 Xəbəriniz olsun