Almaniyadan xeyli azərbaycanlı deport olunacaq

  • SpaceTV
  • 14 Noyabr 2019 16:45

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı “siyasi mühacir” deport olunacaq.

SPACE TV -in məlumatına görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Paylaş

 Xəbəriniz olsun