Almaniyadan biabırçı məğlubiyyət, Latviya və Monteneqrodan darmadağın

  • Space TV
  • 18 Noyabr 2020 10:10

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin son turuna start verilib. 

Spacetv.az xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma baş tutub. 

Günün ən gözlənilməz hesabı A liqasında qeydə alınıb. İspaniya yığması doğma meydanda Almaniya üzərində 6:0 hesablı qələbəyə sevinib. 

Bundan başqa, Fransa İsveçdən üstün olub – 4:2. Portuqaliya rəqib meydanında Xorvatiya üzərində çətin qələbə qazanıb – 3:2.

C liqasında Luksenburq və Azərbaycan yığmaları da qrup mərhələsinin son matçında qolsuz heç-heçəyə razı olublar. Monteneqro isə Kiprə aman verməyib – 4:0.

D liqasında Latviya rəqib meydanda Andorranın qapısından beş cavabsız top keçirib. Cəbəllütariq – Lixtenşteyn, Malta – Farer adaları qarşılaşmaları eyni hesabla bitib – 1:1. 

Paylaş

 Xəbəriniz olsun