Almaniyada təxliyə başladı – Bomba həyəcanı

  • SpaceTV
  • 23 Noyabr 2019 11:55

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan 500 kiloqramlıq bomba aşkar edilib.

SPACE TV-in məlumatına görə, Tsolştok rayonunda aşkar edilən bombanın zərərsizləşdirilməsi üçün yaxınlıqdakı yaşayış yerlərindən təxminən 6,5 min insanın təxliyə edilməsinə qərar verilib.

Bildirilir ki, bombanı noybarın 22-si zərərsizləşdirmək planlaşdırıldı, lakin yaxınlıqda yerləşən dəmiryolunda müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqonun olması səbəbindən işlər noyabrın 23-də həyata keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun