Almaniyada silahlı şəxslər 8 nəfəri öldürdü, 5 nəfəri yaraladı: Ölənlər arasında türklər var

  • SpaceTV
  • 20 Fevral 2020 11:21

Almaniyanın qərbində yerləşən Hanau şəhərində silahlı şəxslərin hücumu nəticəsində 8 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

SPACE TV  “TASS”a istinadən xəbər verir ki, şəhər polisi faktı təsdiq edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir. Hücum edən şəxslərin 2 nəfər olduğu ehtimal edilir. Yerli media onlardan birinin polis tərəfindən evində ölü halda tapıldığını bildirib.

Türkiyə mətbuatından “haberler.com”un məlumatına görə, ölənlər arasında türklər də var.

Paylaş

 Xəbəriniz olsun