Almaniyada saxlanılan azərbaycanlılardan özünü dәliliyә vuranlar var

  • SpaceTV
  • 7 Dekabr 2019 12:11

Almaniyada “mühacir alveri” işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuran, dәli statusu almaq üçün könüllü dәlixanaya girmәk istәyәnlәr var.

SPACE TV-in məlumatına görə, bunu Almaniyada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu özünün “Facebook” səhifəsində yazıb.

O, “Bәrәkallah vәkillәrinizә. İşiniz o qәdәr ağırdı ki, başqa çıxış yolu görmәyiblәr. Vaxtında bizi eşitsәydiz, bu günlәrә qalmazdız…” deyə, əlavə edib.

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən qardaşı Kamil, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Paylaş

 Xəbəriniz olsun