Almaniyada məscidə hücum edildi

  • SpaceTV
  • 21 Oktyabr 2019 13:32

Almaniyada məscidə hücum olub.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, gecə 01:30 radələrində Dəyanət İşləri Türk İslam Birliyinə aid olan məscidə molotov kokteyli atılıb. Nəticədə kiçik yanğın baş verib. Hadisədə hər hansı bir yaralanma və ölüm olmadığı bildirilib.

Terror qruplaşması tərəfdarı tərəfindən törədildiyi güman edilən yanğın faciəyə çevrilmədən söndürülüb. Polis faktla bağlı araşdırma başladıb.

Paylaş

 Xəbəriniz olsun