Almaniyada koronovirusun “Cənubi Afrika ştammı”na ilk yoluxma müəyyən edilib

  • Space TV
  • 13 Yanvar 2021 16:00

Almaniyada koronovirusun “Cənubi Afrika ştammı”na ilk yoluxma müəyyən edilib.

“RİA Novosti” bu barədə Baden-Vürttemberq federal əyalətinin Sosial Siyasət və İnteqrasiya Nazirliyinə istinadən xəbər verir.

Virus dekabrın 13-də Cənubi Afrika Respublikasından Baden-Vürttembergə gedən bir ailədə aşkar edilib. Onlar dərhal özlərini təcrid etsələr də, beş gün sonra verdikləri analizin cavabı mənfi çıxıb. Bununla belə, bir neçə gündən sonra onlarda yüngül simptomlar görünməyə başlayıb.

Xəstələnən ailə üzvlərindən biri təkrar testdən keçib. Bu zaman onda koronavirusun “Cənubi Afrika ştammı” müəyyən edilib.

Hazırda ailənin altı üzvündə koronovirusun yeni ştammı aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun