Almaniyada “Hizbullah” təşkilatının fəaliyyəti qadağan edilib.
Bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin rəsmisi Steve Alter “Twitter” hesabında məlumat verib.
“Deutsche Welle” nəşri yazır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Almaniyanın Berlin, Dortmund, Bremen və Münster şəhərlərindəki məscidlərdə reydlər keçirilib.
İbadət edən şəxslərin “Hizbullah” təşkilatı ilə əlaqələri araşdırılır.