Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib

  • SpaceTV
  • 12 Noyabr 2019 10:56

Almaniyanın Berlin şəhərində İkinci Dünya müharibəsindən qalan 250 kiloqramlıq bomba zərərsizləşdirilib.

SPACE TV-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bomba ötən həftə Hellersdorf rayonunda aşkar edilib.

Bildirilir ki, bombanın zərərsizləşdirilməsi üçün 13 min insan təxliyə edilib.

Qeyd edilir ki, bombanın zərərsizləşdirilməsi prosesi uğurlu keçib və insanlar öz evlərinə qayıdıb.

Paylaş

 Xəbəriniz olsun