Almaniya və Niderlanddan 5 azərbaycanlı deportasiya olunub

  • Space TV
  • 4 Sentyabr 2020 17:32

Almaniyadan və Niderlanddan 5 azərbaycanlı yerli miqrasiya qanunvericilik tələblərini pozduğu üçün deportasiya olunub.
Spacetv.az-ın məlumatına görə, Niderland Krallığından Ukrayna vətəndaşları, əslən Bakıdan olan 42 yaşlı Səfərov Qoşqar Sultan oğlu, həyat yoldaşı Səfərova Lyudmila Vladimirovna və 4 yaşlı qız övladı Səfərova Ruslana Qoşqar qızı ölkədən deport olunublar.

Almaniyadan isə Azərbaycan vətəndaşı, əslən Lənkəran rayonundan olan 25 yaşlı Quliyev Xəqani Qulu oğlu və Gürcüstan vətəndaşı, əslən Qardabani rayonundan olan 30 yaşlı Hüsüyev Qoruq Süleyman oğlu deport olunublar.

Paylaş

 Xəbəriniz olsun