Almaniya Navalnının analizlərinin nəticələrini Rusiyaya vermir

  • Space TV
  • 8 Sentyabr 2020 11:19

Almaniya rusiyalı müxalifətçi Aleksey Navalnının analizlərinin nəticələrini Rusiya Federasiyasına verməkdən imtina edib.

Spacetv.az-ın məlumatına görə , bu barədə “Novaya Gazeta” xəbər yayıb. Buna səbəb kimi məxfiliyin qorunması bildirilib.

Çünki analizlər barədə genişləndirilmiş məlumat Bundesverin müvafiq maddələr üzrə spesifik bacarıq və bilikləri barədə nəticələr əldə etməyə imkan verə bilər.

Xatırladaq ki, Almaniya hökuməti Navalnının “noviçok”dan zəhərləndiyini açıqlamışdı.

Paylaş

 Xəbəriniz olsun