Almaniya Kansleri Angela Merkel gələn həftə İstanbula səfər edəcək

  • SpaceTV
  • 17 Yanvar 2020 15:45

Almaniya Kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfər edəcək və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

SPACE TV  Almaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert brifinqdə məlumat verib.

“Kansler Davosa səfərini başa çatdırdıqdan sonra cümə günü, yanvarın 24-də İstanbula gedəcək, orada Türkiyə Prezidenti Ərdoğanla danışıqlar olacaq”, – deyə Zaybert bildirib. Onun sözlərinə görə, Merkelin səfər proqramına Ərdoğanla birlikdə Almaniya-Türkiyə Universitetinin yeni kampusunun açılışı, biznes və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər daxildir.

Paylaş

 Xəbəriniz olsun