Almaniya İraqdakı hərbçilərini çıxarır

  • Space TV
  • 7 Yanvar 2020 13:30

Almaniya İraqdakı hərbi təlimatçıların Küveyt və İordaniyaya keçirməyə hazırdır.

SPACE TV -in məlumatına görə, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer parlamentə ünvanladıqları məktubda yazıb.

Nazirlər bildirib ki, Ət-Taci və Bağdadda yerləşən bazalarda xidmət edən almaniyalı həbi təlimatçılar yaxın zamanlarda ölkədən çıxarılacaq:

“Təlimləri bərpa etmək mümkün olduqdan sonra, hərbçilər İraqa qayıdacaq”.

Qeyd edək ki, hazırda İraqda təlimlə məşğul olan 120 alman hərbçisi fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun