Almaniya hər il 200 min miqrant qəbul edəcək

  • SpaceTV
  • 17 Yanvar 2020 13:15

Almaniyada bu ilin mart ayından qüvvəyə minəcək qanuna görə, hər il Avropa İttifaqına üzv olmayan ölkələrdən 200 min miqrant qəbul ediləcək.

SPACE TV xəbər verir ki, həmin qanun viza prosedurlarının sadələşdirilməsini və yüksək ixtisaslı insanların Almaniyaya köçməsinin sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, dünyanın inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Almaniya eyni zamanda əhalisi sürətli yaşlanan ölkələrdən biridir. Bu isə sosial xərcləri artırır.

Paylaş

 Xəbəriniz olsun