Almaniya Bundestaqının deputatları Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yayıblar

  • Space TV
  • 3 Oktyabr 2020 13:18

Almaniya Bundestaqının hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yayıblar.

Spacetv.az AZƏRTAC-a istinadən bildirir ki, bəyanatda deyilir: “1990-cı illərdə Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 20 mindən çox insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayonu da işğal edib. Azərbaycan ərazilərinin işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib.

Vurğulanır ki, beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Onlar, həmçinin “Dağlıq Qarabağ respublikası”nın və bu rejimin keçirdiyi qondarma “seçkiləri” tanımır.

Paylaş

 Xəbəriniz olsun