Almaniya Azərbaycana 6 süni tənəffüs aparatı göndərib

  • Space TV
  • 7 Oktyabr 2020 17:02

Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasına texniki yardım göstərmək məqsədilə 6 ədəd “Dräger Evita V600” süni tənəffüs aparatını ölkəmizə göndərib.

Bu barədə Spacetv.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-si Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Volfqanq Maniqin başçılıq etdiyi heyət ilə TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevin başçılıq etdiyi heyət sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

Tədbirdə R.Ağayev Almaniyanın ölkəmizdəki səfiri Dr. Volfqanq Maniqə Azərbaycana göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Paylaş

 Xəbəriniz olsun