Alman televiziyasından Atatürkə dair iddia: “Hitlerlə əlbir olub”

  • SpaceTV
  • 6 Dekabr 2019 11:26


Almaniyanın birinci dövlət televiziyası olan “ARD”-da yayımlanan “ttt-titel thesen temperamente” adlı proqramda Mustafa Kamal Atatürkə dair skandal ifadələr səsləndirilib.

SPACE TV  türk mediasına istinadən xəbər verir ki, proqramda Atatürkü Adolf Hitler ilə müqayisə ediblər. Atatürkün Hitler Almaniyası ilə iş birliyində olduğu iddia edilən proqramda deyilib ki, Atatürk Türkiyəni modern bir dövlət halına gətirmək üçün Hitler rejimi ilə çalışıb.

Proqramda həmçinin iddia edilib ki, Atatürk Nasist Almaniyasından zəhərli qaz alıb və bundan istifadə edib.

Proqram türklər tərəfindən sərt reaksiya ilə qarşıkanıb. Bu gün televiziyanın binası önündə türklər tərəfindən aksiya keçiriləcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun