Alma oğruları

  • SpaceTV
  • 4 Oktyabr 2019 19:17

Qubada bağ sahibinin almaları oğurlanıb. Hadisə Sentyabrın 30-da Harun Abdullayevin bağı sahəsində baş verib. Bir neçə nəfər şəxs gecə saatlarnda bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlayıb. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törədən  həmin şəxslər saxlanılıb.Araşdırmalarla onların kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.Törətdikləri cinayət əməlini etiraf edən saxlanılan şəxslər bidirib ki,əvvəlcə onlar yeyib içib daha sonra isə oğurluq hadisəini törədiblər.

Mahirin təklifi ilə bütün dostlar oğurladıqları meyvələri Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.  

EMİN VAQİFOĞLU SPACE TV                                   

                                                               

Paylaş

 Xəbəriniz olsun