Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı QƏRAR

  • SpaceTV
  • 18 Fevral 2020 14:00

Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib.

SPACE TV xəbər verir ki, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi müəyyənləşib. Bu içkilərin hər litri üçün isə 2 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı qərar
Paylaş

 Xəbəriniz olsun