Alimlər koronavirus infeksiyasından qorunmaq üçün vasitə tapdı

  • Space TV
  • 7 Sentyabr 2020 12:12

İsveçin Karolinsk Universitetinin alimləri SARS-CoV-2 koronavirusunun insan hüceyrələrinə girməsini əngəlləyə biləcək kiçik neytrallaşdırıcı anticisim (nanocisim) aşkarlayıblar. Mütəxəssislər ondan virusa yoluxmaya qarşı qoruyucu vasitə kimi, həmçinin COVID-19-un ağırlaşmasının qarşısını almaq üçün istifadə edilə biləcəyinə inanırlar.

Spacetv.az xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə bildirilir.

Ty1 adı verilən nanocismin adi anticisimlərə nisbətən bir sıra üstünlükləri var. O, anticisimlərin 1/10-i ölçüsündədir, beləliklə də onları böyük miqyasda daha ucuz qiymətə istehsal etmək olar.

Alimlər hazırda Ty1-in neytrallaşdırıcı fəaliyyətini və terapevtik potensialını öyrənmək üçün heyvanlar üzərində tədqiqatlara başlayıblar.

Paylaş

 Xəbəriniz olsun