Alim Qasımov: “Cıdır düzündə festivallar təşkil edəcəyik”

  • SpaceTV
  • 6 Yanvar 2021 14:58

“Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq”.

Spacetv.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.

Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:

“Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək”.

Paylaş

 Xəbəriniz olsun