Ali təhsil müəssisələrində online imtahan – VİDEO

  • Space TV
  • 17 İyun 2020 10:57

Karonavirus infeksiyası bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də təsirsiz ötüşmədi. Mart ayının 3-ü ölkə ərazidində bütün təhsil müəssisələri bağlanandan sonra məktəblilər üçün teledərslər, tələbələr üçün isə online dərslər təşkil edildi. lakin xüsusi karantin rejiminin uzadılması semestir imtahanlarının da online keçirilməsi zərurətini yaratdı.

İyulun 8-də bir ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası başladı. lakin bu dəfə imtahanlar tam fərqli formatda həyata keçirilir.Bəli, koronavirus bir çox sahədə olduöu kimi təhsildə də bir çox ilk yaşatdı. İlk dəfədir ki, tələbələr universitetə gəlmədən, online şəkildə imtahan verirlər. BDU da online imtahan keçirilən universitetlər sırasındadır. Belə ki, burda imtahanlar online qaydadaq şifahi olaraq keçirilir.

Başqa universitetlərdə olduğu kimi BDU-də də tələbələrə imtahanlar zamanı bir sıra güzəştlər edilir. Belə ki,

Bakı Dövlət Universitetinin jurnalistka fakultəsinin dekan müavini Samir Xalidoğlu həmçinin bildirdi ki, tələbələrə edilən güzəştlər çərçivəsində 4-cü kurslar Dövlət İmtahanından azad olunublar.

Azərbaycan Dövlət İqtisad Universitetində də imtahanlar online qaydada  test üsulu ilə aparılır. Bu universitetdə son 20 ildə dünyada təcrübəsi olan amma ölkəmizdə ilk təfə tətbiq edilən proktor vasitəsi ilə imtahana nəzarət prossesindən istifadə edilir.

Bununla yanaşı müəyyən səbəblərdən ümumiyyətlə imtahanlarda iştirak edə bilməyən tələbələr də olur. Həmin tələbələr də narahat olmasın.

Qeyd edək ki, mart ayının 3-dən karonavirus səbəbindən ölkədə bütün təhsil müəssisələri bağlanıb.

ORXAN ŞÜKÜR, SPACE TV

Paylaş

 Xəbəriniz olsun