Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı

  • Space TV
  • 21 Avqust 2020 15:04

I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

Spacetv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

İlkin məlumatlara əsasən bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunublar.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

Paylaş

 Xəbəriniz olsun