Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı uzadıldı

  • SpaceTV
  • 20 Sentyabr 2020 21:00

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.

Spacetv.az xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər.

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib.

DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Paylaş

 Xəbəriniz olsun