Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

  • SpaceTV
  • 30 Sentyabr 2020 17:30

“Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq”.

Spacetv.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: “Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrində müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək”.

Paylaş

 Xəbəriniz olsun