Ali məktəblərə qeydiyyat başlayıb

  • SpaceTV
  • 15 Avqust 2019 12:32

Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Tələbə adını alanlar  bu gündən başlayaraq avqustun 27-dək şənbə və bazar günləri istisna olmaqla sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58 min 258 nəfər iştirak edib. Onlardan 42 min 62 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 

Qeyd edək ki, bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. 

Space.TV – Dövlət İmtahan Mərkəzinə  istinadən məlumat verir ki, vakant yerlərə ixtisas seçimi bu gündən başlayaraq avqustun 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. 

Paylaş

 Xəbəriniz olsun