Ali məktəblərə ərizə qəbulu başlanır – QAYDALAR

  • Space TV
  • 6 Mart 2020 15:33

10 gün sonra ali məktəblərə ərizə qəbulu başlanır.

SPACE TV  xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat verib. Ekspert qeyd edib ki, hər hansı bir abituriyent ərizə qəbulu zamanı bir neçə seçim edə bilər

” I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçə bilər.

Əgər abituriyent birbaşa yay imtahanlarında iştirak etmək istəyirsə, o ərizə qəbulu zamanı “Yay imtahanında iştirak etmək istəyirəm” funksiyasını seçməlidir.

Əgər abituriyent blok imtahanlarının hər ikisi üzrə iştirak etmək istəyirsə, bu zaman “Yaz qəbul imtahanında iştirak etmək istəyirsəm” funksiyasını seçməlidir.

Həmin abituriyentə may ayında yenidən Yay imtahanında iştirak etmək üçün ərizə vermək imkanı yaradılacaq.

I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçən cari ilin məzunları istənilən halda ödəniş etmirlər.

Əgər onlar yay imtahanlarında iştirak etmək istəyirlərsə bu zaman 40 AZN ödəniş edəcəklər. Və yaxud da abituriyent blok imtahanlarının birində iştirak etmək istəyərsə, o zaman ödəniş ödəmir.

Əvvəlki illərin məzunları I, II, III və IV ixtisas qruplarından birini seçməklə yanaşı, eyni zamanda V ixtisas qrupunu və 11 illikdən kolleci də seçə bilərlər. Bu zaman onlar əgər əvvəlki illərdə V qrup və ya 11 illikdən kollecə müraciət ediblərsə, o zaman blok imtahanlarının birində iştiraka görə 40 AZN, V qrup üzrə 40 AZN, 11 illik kollec üzrə isə 20 AZN ödəniş etməlidirlər.

Əgər əvvəlki illərin məzunları blok imtahanlarının hər ikisi üzrə müsabiqədə iştirak etmək isəyirsə o zaman həm yaz, həm də yay mərhələsi üzrə ayrı-ayrılıqda 40, ümumi 80 AZN ödəniş ödəməlidir.

V ixtisas qrupu üzrə keçirilən imtahan 11 illiklə eynilik təşkil etdiyi üçün çox zaman abituriyentlər 20 AZN əlavə ödəniş ödəmirlər. Qeydiyyat zamanı zatən sistem ödəniləvək məbləği seçimlərə müvafiq olaraq təqdim edir.

Əvvəlki illərin məzunları dil seçimində sərbəstdirlər.

Cari ilin məzunları isə əlavə xarici dildən imtahan vermək istəyirsə, ərizə qəbulu zamanı həmin xarici dili seçməlidir. Bunun üçün əlavə 10 AZN ödəniş ödəməlidir”.

Ekspert əlavə edib ki, cari ilin məzunları əlavə xarici dil imtahanını 26 aprel tarixində verəcəklər.

Paylaş

 Xəbəriniz olsun