Ali Məhkəmənin hakimləri və əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər

  • Space TV
  • 11 Dekabr 2020 15:13

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz dəstəyini bildirərək “Yaşat” Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.

Bu barədə Spacetv.az-a Ali Məhkəmədən məlumat verilib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Paylaş

 Xəbəriniz olsun