Alfons ər həyat yoldaşının saçlarını satdı, təcavüz edib küçəyə atdı

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:57

Rusiyada Balaşixadan olan 33 yaşlı Mariya Makarova keçmiş əri İvanı alfons olmaqda günahlandırıb. 

Belə ki, qadının sözlərinə görə, kişi onun mənzilini satıb, onu borc götürməyə, bahalı əşyalarını lombarda qoymağa və hətta parlaq saçlarını kəsməyə məcbur edib.

Bundan əlavə, qadın hətta boşandıqdan sonra da İvanın evə gələrək qızının gözü qarşısında onu vurduğunu, təcavüz etdiyini, nəticədə isə hamilə qaldığını bildirib. İndi o, üç uşaqla küçədə qalıb.

İvan isə ittihamları inkar edərək sevdiyi qadına bunu etmədiyini, mənzili Mariyanın özünün sataraq xərclədiyini bildirib.

Hazırda tərəflərdən hansının həqiqəti dediyi araşdırılır.

Paylaş

 Xəbəriniz olsun