Alergiya fəsli

  • SpaceTV
  • 24 Sentyabr 2019 20:50

Bəzən fəsillər özləri ilə xəstəlikdə gətirirlər.

Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza “xəstəliklər fəsli” də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit, xorniki mədə-bağırsaq xəstəlikləri yaz fəslində daha da ağırlaşır.

Bəs soyuq havaların gəlməsi ilə allergiklər – yəni allergiya xəstəliyi olanlar rahat nəfəs alıb deyirlər ki, nəhayət, canımız istidən-tozdan qurtarır. Amma və təəssüflər olsun ki, allergiya həm də payız xəstəliyidir: hər halda soyuq havalarda da bu xəstəlik yazdakı aktiv çiçəklənmə dövründə olduğundan az kəskinləşmir.

Bəzən  əksəriyyətimiz  burnumuzun axmasını, boğazımızın qıcıqlanmasını və digər xəstəlikləri soyuqdəymənin üstünə atırıq. Həkimlər isə bildirir ki, bu,  mövsümlə bağlı olan xəstəliklərdir. İmmun sisteminin  zəifləməsi  allergik xəstəliklərin yaranması üçün təkandır.

Payız fəslində də daha çox dəri allergiyaları, səpkilər və bronxial astma xəstəliyi geniş yayılır. Belə xəstəliklər müalicəyə gec tabe olurlar. Dərmanla müalicə 2-ci mərhələdədir. Əsasən zərərli vərdişlərdən qorunmaq lazımdır. 

Bu mövsümdə depressiya yaşayanların sayı da artır. Depressiya əsasən özünü bu əlamətlərlə göstərir: Hər şeyə marağın itməsi,fikrini bir yerə cəm edə bilməmə, tez özündən çıxma, enerji azalması.  Bu zaman insan bədəninə lazım olan  enerjini toplamaq üçün rejimlə qidalanmalı, gün ərzində yarım və ya bir saat gəzintidə olmalıdır.

Onu da deyək ki,payız depressiyası xəstəlik deyil, sadəcə  psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər. Qadınlar depressiyaya meylli olduqlarından, payız depressiyasına da ən çox qadınlarda rast gəlinir. Dünyada hər beş nəfərdən biri bu depressiya növündən əziyyət çəkir.

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun