Aldığı xəsarətdən ölüb

  • SpaceTV
  • 14 Avqust 2019 11:31

Sumqayıtda  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 79 yaşlı kişini   avtomobil vurub. Sürücü isə hadisə yerindən qaçıb…

Space.TV yazır ki, qəza Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 79 yaşlı I qrup əlil Sabir Subhanovu vurub. 

Qəza nəticəsində piyada həyatını itirib. Sürücü isə hadisə yerindən qaçıb. Meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Nurlan Piriyev – Space

Paylaş

 Xəbəriniz olsun