Aeroport yolunda zəncirvari qəza baş verib, xəsarət alan var

  • Space TV
  • 26 Dekabr 2019 11:06

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza aeroport şosesində qeydə alınıb.

Bir neçə minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri – 1963-cü il təvəllüdlü Bayramzadə Rafiq Əyyub oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun