Aksiyaçılar nazirliyin binasına hücum çəkdi: Polis 4 nəfəri öldürdü

  • SpaceTV
  • 5 Noyabr 2019 17:48

İraqın paytaxtı Bağdadda 25 oktyabrdan bu yana toplanan aksiya iştirakçıları Baş nazir Adil Əbdülmehdinin ofisinin yer aldığı səmtə doğru hərəkət ediblər.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, polisin aksiya iştirakçılarına atəş açması nəticəsində 4 nəfər həyatını itirib.

Qeyd edək ki, aksiya iştirakçıları təxminən 10 gündür həmin bölgəyə girməyə çalışırlar. Onlar Baş nazirin ofisinə gedən yolları bağlayaraq ofisi mühasirəyə almağa çalışırlar. İraqın müxtəlif yerlərində gedən aksiyalarda isə son 65 gündə 400 nəfər dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun