Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası bu dəfə Lənkərandadır.

  • SpaceTV
  • 13 Fevral 2020 15:30

Səyyar qatar yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunub. Müraciət edən sakinlərdə göz patologiyası olanlara yerindəcə lazımi yardım göstərilir, ya da cərrahi müdaxilənin vacibliyi bildirilir.

Səyyar Klinikadan nəinki yerli sakinlər, ətraf rayonlardan gələn insanlar da yararlana bilib. Müayinələr nəticəsində  pasientlərin əksəriyyətində yaşla bağlı xəstəliklər aşkar edilib. Yaradılan şərait, operativ müayinə-müalicə və bütün bunların pulsuz olması müraciət edənlərin ürəyindən xəbər verir.

gün davam edəcək humanitar aksiyada gün ərzində 200-ə yaxın xəstənin müayinəsi nəzərdə tutulur. Müayinələr nəticəsində pasientlərin əksəriyyətində yaşla bağlı xəstəliklər aşkar edilib. 

Burada bir sıra göz xəstəliklərinin cərrahi əməliyyatı üçün lazımi şərait yaradılıb. Sonuncu gün ehtiyacı olan pasientlər cərrahi əməliyyat olunacaqlar. Qeyd edə ki,Milli Oftalmogiya Mərkəzinin Dəmiryolu Səyyarı Kilinikası 2018-ci ildən fəaliyyətə başlayıb. Səyyar qatar ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında fəaliyyət göstərəcək. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun