Ajda Pekkan satışa çıxardığı malikanəsinin qiymətini artırdı

  • SpaceTV
  • 5 İyun 2020 11:47

Türkiyənin superstarı Ajda Pekkan illərdir sata bilmədiyi villasının qiymətini koronavirus pandemiyası səbəbindən qaldırıb.

SPACE TV  xəbər verir ki, Bahçeköydəki dəbdəbəli malikanəsini 10 milyon manata satmaq istəyən A.Pekkan bu istəyindən vaz keçib.

Sənətçi COVID-19 pandemiyası ilə bağlı karantin rejimi günlərində mülkünün dəyərini daha 1,5 milyon manat artırıb və hazırda malikanəyə sahib çıxmaq üçün 11,5 milyon manat ödəmək lazımdır.

Paylaş

 Xəbəriniz olsun