Ajda Pekan: Kaş mənim də uşağım olaydı

  • Space TV
  • 20 Dekabr 2019 10:44

Türkiyənin super ulduzu Ajda Pekkan ilk dəfə ana olmaq istəyi haqqında danışıb.  

SPACE TV  xəbər verir ki, Ajda Pekkan müğənnilərin evli olmasının əsas olmadığını, hər kəsin xoşbəxtliyinin öndə gəldiyini açıqlayıb.

Ajda uşaq sahibi olmağın əsas arzularından biri olduğunu bildirib:

“Kaş mənim də uşağım olaydı. O hisslər tamamilə fərqli xoşbəxt anlardır. İnanın ki, dəlilər kimi uşaqları qucaqlamaq istəyirəm. Uşaqları çox sevirəm”.

Müğənni işini də çox sevdiyini, hətta onun köləsi olduğunu qeyd edib.

Paylaş

 Xəbəriniz olsun