Ailəsi ilə gedərkən qəflətən özünü körpüdən atdı

  • Space TV
  • 9 Yanvar 2020 10:40

Türkiyənin Kocaeli şəhərində bir şəxs özünü körpüdən atıb.

“Haberglobal”ın verdiyi məlumata görə, Yeni il məhəlləsi ərazisində U.G. adlı kişi yaxınları ilə gedən zaman qəfil körpünün kənarına çıxaraq tullanıb.

Altı metr məsafədən avtomobil yoluna atılaraq intihar etmək istəyən həmin şəxs ağır yaralanıb.

Bu vəziyyəti görən sürücülər avtomobillərini saxlayıblar.

Yaralı xəstəxanaya çatdırılıb, onun vəzziyyətinin ağır olduğu bildirilib.

Paylaş

 Xəbəriniz olsun