Ailənin 3 üzvü dəm qazından zəhərlənib

  • Space TV
  • 14 Dekabr 2019 18:03

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Bərdə şəhəri, Mirzə Fətəli Axundov küçəsi mənzil 6-da Şəhər sakinləri Yeganə İshaq qızı Məmmədova və onun övladları İlham Tofiq oğlu Məmmədov və Zəhra Tofiq qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun