Ailə üzvləri kəlbəcərli girovları Qarabağda ziyarət edə biləcək

  • Space TV
  • 25 Dekabr 2019 12:01

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri onları həbsxanada ziyarət edə biləcək.

Modern.az “Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, humanitar aksiya ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.

“Hazırda azərbaycanlı girovların qohumlarının Qarabağa gələrək, onları həbsdə ziyarət etməsinə, eyni zamanda ermənistanlı qohumların qarşılıqlı səfər edərək, Azərbaycanda saxlanılan əsirlərlə görüşü barədə danışıqlar aparılır”.

Hazırda Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır. Azərbaycanda isə erməni hərbçilər Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan həbsdə saxlanılır.

Xatırladaq ki, humanitar aksiya çərçivəsində noyabrda iki ölkənin jurnalistləri Azərbaycana və Ermənistana qarşılıqlı səfərlər etmişdi.

Paylaş

 Xəbəriniz olsun