Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə Könüllüləri” layihəsinə start verib

  • Space TV
  • 27 Aprel 2020 09:54

Oğuz rayonunda gəlin  73 yaşlı qayınatasına xəsarət yetirib. Bu gün səhər saatlarında rayonun  Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan, İsgəndər Ağayev daxil olub. Müayinə zamanı yaşlı kişiyə başın və digər nahiyələrin açıq yaraları diaqnozu qoyulub. İsgəndər  Ağayev bildirib ki, ona  ailə münaqişəsi zamanı öz gəlini xəsarət yetirib.  Təəsssüf ki, son vaxtlar bu kimi hallar tez- tez müşahidə olunur. Bu isə xalqımızın mentalitetinə, yüzillərə dayanan ideal ailə dəyərlərinə ziddir. Məhz ailələrimizdə bu kimi halların qarşısını almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə Könüllüləri” layihəsinə start verib.

Komitədən bildirdilər ki,  “Ailə Könüllüləri”nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

“Ailə Könüllüləri”nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi, uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərini aşılamağa yönəlir. Qeyd edək ki, bu layihəyə qoşulmaq isdəyən ailələr layihənin əsasnaməsinə müvafiq olaraq oradakı anket formasını dolduraraq, layihənin  email ünvanına göndərə bilərlər.

NURLAN OKTAYOĞLU SPACE

Paylaş

 Xəbəriniz olsun